2016-cı ilin Sentyabr ayından etibarən Azərbaycanın “BusinessManagementSchool” (BMS) şirkəti Türkiyənin “SigmaCenter”ın Azərbaycandakı rəsmi təmsilçisi ünvanını əldə etmişdir. Bu barədə "Marja"ya BMS-dən bildirilib.
Artıq “Business Management School”un təşkilatçılığı ilə “SigmaCenter”in konsultasiya xidmətləri Azərbaycan şirkətlərinə də təqdim olunacaq. Eyni zamanda keyfiyyət və rentabelliyin idarə olunması üzrə müxtəlif təlimlərin Bakıda keçirilməsi nəzərdə tutulmuşdur.
1999-cu ildən etibarən fəaliyyətə başlayan “SigmaCenter” keyfiyyət və rentabelliyin idarə olunması üzrə konsultasiya xidmətləri verməkdə və bu sahədə müxtəlif təlimlər təşkil etməkdədir. “SigmaCenter” indiyə kimi TC Mərkəzi Bankı, Türk Hava Yolları, TÜPRAŞ, Aselsan, Coca-Cola, Arçelik, Bosch, Vestel, TUBİTAK, Eca, Valeo, Yazaki, FORD, YeşimTekstil, Çalık Holding, Kütahya Porselen, Bossa, Bayer, Doğtaş, Kelebek, İnoksan, Uludağ Universiteti, Erikli Su, Eskişehir Bələdiyyəsi və Kayseri Bələdiyyəsi kimi Türkiyənin 700-dən çox qabaqcıl müəssisəsinə konsultasiya xidməti vermiş, idarəetmə sistemi qurmuş və təlimlər keçmişdir.
“SigmaCenter”in təqdim etdiyi xidmətlərlə bu linkdən ətraflı tanış ola bilərsiniz: https://www.sigmacenter.com.tr/danismanlik-hizmetleri
“SigmaCenter”in təşkil etdiyi təlimlərlə bu linkdən ətraflı tanış ola bilərsiniz: https://www.sigmacenter.com.tr/egitim-hizmetleri
Biz inanırıq ki, bu iki şirkət arasındakı əməkdaşlıq yerli müəssisələrimizin inkişafına, keyfiyyət və rentabelliyin idarə olunması üzrə peşəkarların yetişməsinə öz tövhəsin verəcəkdir.