IB Club Gənclər Mərkəzi “Youth in Business” Milli Biznes Çempionatına növbəti dəfə start verir. Çempionata müraciət edən şəxslər mütəxəssislər tərəfindən təlimçi kimi yetişdiriləcək və biznes plan yazmağı öyrənəcəklər. Həmçinin həmin şəxslər aid olduğu universitetlər üzrə koordinator təyin olunacaqlar.
İkinci mərhələdə isə təlimçilər rəhbərlik etdiyi komandalarla çempionata qatılacaqlar. Çempionat ekspertlərlə çoxsaylı görüşləri, biznes plan hazırlanmasını, yarımfinal və final mərhələlərində hazırlanmış biznes planların sahibkarlar önünündə təqdimatını əhatə edir.
Çempionat boyunca bütün iştirakçıların bzines mütəxəssisləri ilə görüşləri təşkil olunacaq və ekspertlər biznes planların hazırlanmasında komandalara bələdçilik edəcəklər.
Qalib komandanın mükafatı 500 AZN.
İlk 3 yerin sahibləri dəyərli hədiyyələrlə təltif olunacaqlar.
İştirak tamamilə Ödənişsizdir.
Müraciət etmək üçün qeydiyyatdan keçə bilərsiniz: https://goo.gl/V84e0v