Bu həftə Azərbaycan Barmenlər Assosiasiyası və “William Grant &Sons” şirkətinin təşkilatçılığı, həmçinin “Monkey Shoulder” viski və “Drambuie” likör brendlərinin dəstəyi ilə Bakının ən yaxşı barmenləri arasında keçirilən “RustyNailChallenge” müsabiqəsinin qalibi müəyyənləşəcək.



Müsabiqədə Bakının 10 müxtəlif məkanından olan 20 ən yaxşı barmen iştirak edir. Bu ilin oktyabrın 24-də başa çatacaq müsabiqə çərçivəsində hər bir iştirakçı öz qonaqlarına öncədən “Rusty Nail” (“Paslanmış mismar”) adlı kokteylin yaranma tarixi və hazırlanma prosesi haqqında danışaraq, sözügedən kokteyli onlara təklif etməlidir. Nəticədə, ən çox kokteyl satan və münsiflər heyətinə bu barədə qəbz təqdim edən iştirakçı müsabiqənin qalibi olacaq.



Yarışın əsas mükafatı Şərqi Avropanın ən iri bar festivalı sayılan “Barometer International Bar Show”da iştirak etmək imkanıdır. Sözügedən festival oktyabrın 29-30-da Kiyev şəhərində keçiriləcək ki, təşkilatçılar eyni məkanda 17 ölkədən 10 minə yaxın qonağı qəbul etmək niyyətindədir. Tədbirdə Kiyevin ən yaxşı 30 barı, həmçinin 100-dən çox alkoqol və alkoqolsuz brendləri təqdim olunacaq.



“Rusty Nail” – şotland viskisi və “Drambuie” liköru əsasında hazırlanan və Beynəlxalq Barmenlər Assosiasiyasının (IBA) “Unudulmaz” (“The Unforgettable”) kateqoriyasında rəsmi kokteyllər sıyahısına daxil olan kokteyldir.



Şotland inqrediyentlərinə baxmayaraq, sözügedən kokteyl daşıdığı adına görə Şotlandiyaya səyahət edən bir ingilis centlmeninə borcludur. Belə ki, o, Şotlandiya barlarının birində yeni likör görür – “Drambuie” – və ofisiantdan onu viski ilə qarışdırmağı xahiş edir. Ofisiant inqrediyentləri stəkana süzərək müştəriyə verir. “Bəs qarışdırmaq?”, - deyə inglis centlmen maraqlanır. “Odur, bar masasının üstündən paslanmış mismarı götür və qarışdır”, - deyə barmen cavab verir. İngilis qonaq barmenin məsləhətindən faydalanır, kokteyl isə 1963-cü ildə “New York Times” qəzetinin “Rat Pack” şou-biznes komandasının şərəfinə təşkil olunan və qonaqlara sözügedən kokteyl təklif edilən əyləncə gecəsi barədə dərc etmiş məqalədən sonra adını qoruyub saxlayır.



“William Grant & Sons” haqqında:


“William Grant & Sons Ltd” — şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: “Glenfiddich”, “The Balvenie”, “Tullamore D.E.W.”, “Grant's”, “Monkey Shoulder” və “Hendrick's”. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.