“Netcraft” analitik şirkətinin iyun ayı üçün dərc etdiyi hesabatına əsasən, 2012-ci il iyunun 1-də qlobal şəbəkədə 697 milyon 89 min 482 sayt fəaliyyət göstərib. Bu göstərici ötən ay ilə müqayisədə 5,1 faiz və ya 34 milyon çoxdur.



Son ay ərzində bütün əsas veb-serverlərin bazasında artım müşahidə edilib. “Apache” veb-serverlər arasında lider olaraq qalır. Hazırda onun bazasında 448 milyon host yerləşir.