“Rolls-Royce” 2017-ci ilin yaz-yay kolleksiyasını təqdim edir. Yeni “Dawn Inspired by Fashion” (“Dəbdən ilhamlanmış”) modelinin xarakterik parlaq çalarlı detalları klassik ağ palitranı tamamlayır.
“Rolls-Royce” və yüksək dəb aləmi ümumi fəlsəfəyə malikdir: ən yaxşı materialları seçib, onlardan sifarişçilərin zövq və həyat tərzini əks edən zərif və arzu edilən dəbli əşyalar yaratmaq.
“Rolls-Royce Motor Cars” şirkətinin dizayn üzrə direktoru Cayls Teylorun (Giles Taylor) rəhbərliyi altında dəb dünyasının müxtəlif sahələrində çalışan istedadlı dizayner komandası toplanıb. Müxtəlif moda evlərinin nümayəndələri, dəbəli aksesuarlar və tekstil məhsullarının istehsalçıları komandanın üzvləri arasındadır. Birgə yaradıcılıq nəticəsində işləmədə təbii ipək və gözlənilməz tekstura birləşməsi ilə heyrətləndirən cəsarətli və təsirli “Bespoke” kolleksiyası yarandı.
“Dawn Inspired by Fashion” modelinin əsasına ağ rəngli neytral “kətan” qoyulub, hansının ki, üstünə yaz-yay 2017 kolleksiyasının çalarlarını əks edən üç rəngdən birini yerləşdirmək mümkündür: “Mugello Red” – qırmızı, “Cobalto Blue” – göy və “Mandarin” – narıncı. Qeyd olunan çalarlar “Dawn” avtomobilin daxiliinin dizaynında da öz əksini tapdı. Kabrioletin damı avtomobil sahibini paparasiyaların obyektivindən qorumaq üçün zərif pa ilə qalxanda heç bir dəb pərəstişkarını laqeyd qoymayan parlaq rəng qamması ilə oynayır.
“Müştərilimiz əsl dəbin biliciləri olaraq trend yaradırlar, onlar “haute couture” nümayişlərinin birinci sırasında otururlar və dəb tendensiyalarının inkişafını təyin edirlər, - Cayls Teylor qeyd etdi. – Bu kategoriya insanlar üçün dəb əşyalarının sifarişi özlərinin iştirakını tələb edən çox şəxsi bir prosesdir. “Dawn – Inspired by Fashion” bir daha vurğulayır ki, həqiqi şəxsi əşyaların yaradılması üçün ilham mənbəyi sahibin həyat tərzi və zövqü olmalıdır”.
Sifarişlə hazırlanmış kostyum və paltar kimi “Dawn Inspired by Fashion” modelinin gözəlliyi xırda detalların mükəmməliyində gizlənir.İnteryer “Arctic White” və “Black” rənglərində işlənib və parlaq çalarlar ilə tamamlanıb: “Mugello Red”, “Cobalto Blue”, “Mandarin”. Oturacağın ağappağ dərisi başaltının naxışları, dekorativ tikiş və kresloların haşiyəsindəki kontrast rənglərlə ahəng yaradır. Sükanın ikirəngli dəri bəzəyi yaradılanda modelyerlərin məşhur gizli naxış üsulundan istifadə olunub.
Öz kolleksiyalarını yaradanda məşhur modelyerlər nəinki görünüşə, həmçinin rahatlığın qayğısına qalaraq ən yaxşı parçaları seçir. Belə yanaşmadan ilham almış “Bespoke” komandasının dizaynerləri ön və arxa qapıların ciblərini “Rolls-Royce”un əfsanəvi rəmzi “Spirit of Ecstasy” üslubunda abstrakt motivlərlə təbii ipəkdə işləməyə qərar aldılar. Hər təsvir qapıların xəttləri ilə harmoniyanı pozmamaq üçün düz 55 dərəcə altında qoyulub.
“Rolls-Royce”un qiymətləndirdiyi mahir ustalıq və detallara diqqət cihaz panelinin işləməsində əks olunub. O, alüminium hissələrlə “Piano White” rəngində dəyərli ağac növündən hazırlanıb və bunun sayəsində teksturası ipəyi xatırladır. Panelin laklanma prosesi tam doqquz gün tutdu. Zərif tərzi “Bespoke” saatları tamamlayır – zinət əşyaları kimi onlar gümüş çalarların təsirli oyun və parıltısını yaradırlar və beləcə, bu mövsüm podiumları zəbt etmiş metalçalarlı kolleksiyaları xatırladırlar.
“Andalucian White” adlı xarici dizaynın ağappağ çalarlı tekstili yuxarı hissənin təsirli işləməsi ilə uyğunlaşan əl ilə işlənmiş dekorativ xətt ilə ziddiyyət yaradır.
Müştərilər yeni mövsümü “haute couture” geyimində qarşılamaq üçün dünyada dəbliəşyaların aparıcı istehsalçısı olan “Rolls-Royce”dan 2016-cı ilin noyabır ayından etibarən yeni kolleksiyadan öz surətlərini sifariş edə bilərlər.



