Azərbaycan Barmenlər Assosiasiyası və “William Grant &Sons” şirkətinin təşkilatçılığı, həmçinin “Monkey Shoulder” viski və “Drambuie” likör brendlərinin dəstəyi ilə Bakının ən yaxşı barmenləri arasında keçirilən “RustyNailChallenge” müsabiqəsinin qalibi müəyyənləşib.
Müsabiqədə Bakının 10 müxtəlif məkanından olan 20 ən yaxşı barmen iştirak edib. Müsabiqə çərçivəsində hər bir iştirakçı öz qonaqlarına öncədən “Rusty Nail” (“Paslanmış mismar”) adlı kokteylin yaranma tarixi və hazırlanma prosesi haqqında danışaraq, sözügedən kokteyli onlara təklif etməli idi ki,ən çox kokteyl satan iştirakçı – “Enerji Club Baku”nun barmeni Bəhlul Zeynalov müsabiqənin qalibi olub. O, “Rusty Nail Challenge” çərçivəsində 74 kokteyl realizə edib və müsabiqənin şərtlərinə əsasən, münsiflər heyətinə satış qəbzlərini təqdim edib.
Yarışın qalibi Şərqi Avropanın ən iri bar festivalı sayılan “Barometer International Bar Show”da iştirak etmək hüququnu qazanıb. Sözügedən festival oktyabrın 29-30-da Kiyev şəhərində keçiriləcək ki, təşkilatçılar eyni məkanda 17 ölkədən 10 minə yaxın qonağı qəbul etmək niyyətindədir. Tədbirdə Kiyevin ən yaxşı 30 barı, həmçinin 100-dən çox alkoqol və alkoqolsuz brendləri təqdim olunacaq.
“Rusty Nail” – şotland viskisi və “Drambuie” liköru əsasında hazırlanan və Beynəlxalq Barmenlər Assosiasiyasının (IBA) “Unudulmaz” (“The Unforgettable”) kateqoriyasında rəsmi kokteyllər sıyahısına daxil olan kokteyldir.
Şotland inqrediyentlərinə baxmayaraq, sözügedən kokteyldaşıdığıadına görəŞotlandiyaya səyahət edən bir ingilis centlmeninə borcludur. Belə ki, o, Şotlandiya barlarının birində yeni likör görür – “Drambuie” – və ofisiantdan onu viski ilə qarışdırmağı xahiş edir. Ofisiant inqrediyentləri stəkana süzərək müştəriyə verir. “Bəs qarışdırmaq?”, - deyə inglis centlmen maraqlanır. “Odur, bar masasının üstündən paslanmış mismarı götür və qarışdır”, - deyə barmen cavab verir. İngilis qonaq barmenin məsləhətindən faydalanır, kokteyl isə 1963-cü ildə “New York Times” qəzetinin “Rat Pack” şou-biznes komandasının şərəfinə təşkil olunan və qonaqlara sözügedən kokteyl təklif edilən əyləncə gecəsi barədə dərc etmiş məqalədən sonra adını qoruyub saxlayır.
“William Grant & Sons” haqqında:
“William Grant & Sons Ltd” — şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: “Glenfiddich”, “The Balvenie”, “Tullamore D.E.W.”, “Grant's”, “Monkey Shoulder” və “Hendrick's”. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.