Bizim iş fəaliyyətimizdə nəticələrimiz gözləntilər qədər olması üçün mütləq qarşılıqlı əlaqələrmizin yüksək səviyyədə olmasıdır. Bizim üçün mütəmadi ünsiyyətdə olduğumuz iş yoldaşlarımız, partnerlarımız, işçilirəmiz, müdürlərimiz ilə əlaqələrimizin nəticəsi gördüyümüz işlərimizin nəticəsindən xəbər verir.
Misal: Geyim dükanına yeni menecer təyin olunur. Işin prosesində satışın aşağı olduğunu müşaidə edir. Satişı optimallaşdırmaq məqsədi ilə dükanda şöbələri müəyyən dərəcə də, dəyişiklik edilməsinə tapşırıq verir.
Amma nədənsə "işçi" lərin həvəsiz işlədiklərini görür və növbəti gün iclas edir . "Işçi" lərdən soruşur "nə kimi yeniliklər edək "? Sualını verir ."Işçi" lər çox dinamik bu diskusiyalarda iştirak edillər və hər kəsin fikrini nəzərə alaraq yeniliklər edillər bunun nəticəsi olaraq "işçi" lər həvəslə çalışıllar satışın nəticələridə artır. Əməkdaşlarla iş həyatında sıx münasibətdə olmaq önəmlidir, hər əməkdaşım fikiri önəmli və həll edicidir.
Əməkdaşlığı 3 qismə bölmək olar:
Hörmət- Siz əməkdaşlıq etdiyiniz insanlara hörmət etməyə və onlarında sizə hörmət etməyə BORCLUSUNUZ . Çünki yekun nəticə zəncirvari hər birinizə bağlıdır.
Etimad- Biri birinə daim dürüst, ədalətli yanaşma olmalıdır.
Ümumi məqsədlər- Hər əməkdaş ümumi məqsədlərdə marağlı olmalıdır və əzimkarlıqla çalışmalıdır. Necə ki, diş ağrıyanda gözdən yaş gəlir məhz elə olmalıdır. Indivuduallıq yox Əlaqəlilik.
İşə götürənlərin səhv yanaşmaları:
¤ Işçinin- 3-5 təcrübəsi olmalıdır
¤ Mən deyəni etməlidir
¤ Əmək haqqı verirəm hər işi görməlidir
¤ Əsəbiyəmsə əzə bilərəm (mənəvi )
1. Təcrübə göstərir ki, təcrübəsiz işçi daha potensiallı və nəticə verən olur. Çünki Ulduz xəstəliyi olmur, həvəsli olur, arzuolunan nəticə üçün öyrədiləni çevik qavrayır.
2. Təcrübəli götürüldüsə belə , bütün proseslərdə fikri nəzərə alınmalıdır. Çünki , təcrübə ilə əməkdaş ona görə götürülür ki, onun illər ilə qazandığı təcrübəsindən yararlansınlar.
3. Hər bir əməkdaş qarşısında dəqiq məqsədlər və görəcəyi iş qolumalıdır ,bir əməkdaşa müxtəlif iş tapşıranda və o öz işini dəqiq bilmədikdə nəticələr acınacaqlı olur, çünki foksu, xərcləyəcəyi resurslar bir istiqamətdə deyil.
4. Hər bir fərd, bu gün ki, nəticəsi üçün tək səbəbkar özüdür. Əsəbləşərək, nəyəsə məyus olaraq gəlib el arasında (hayıfı) digər əməkdaşlardan çıxmaq olmaz. Sən kefsiz, aqresiv olanda onlar pozitiv işə köklənmiş olullar və sən pafosly əsəbin ilə onları həvəsdən salaraq dahada okeanın dərinliyinə çökürsən.
5. Karyera yüksəkliyi ilə bağlı yalançı vədlər. Bu yalnız məyusluğa gətirib çıxardır və əks təsir göstərir ya proses tam dayanır ya da, durğunluq yaranır.
Peşəkar Iş həyatında mən müdürəm, eşidilməliyəm anlayışı yoxdur. Çünki sən dinləməlisən ki, dinləniləsən.