Kitab oxumaq istəyib, amma müxtəlif səbəblərdən onu əldə edə bilməyən insanlara kömək etmək və bəlkə oxumayan insanları da bir azca həvəsləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Gəncə kitab klubu üzvlərinin təşkilati dəstəyi ilə Rəhimli Nurəddin Məhəmməd oğlunun “Oxuyan gənclik – sərbəst kitabxana” adlı layihəsi icra edilir. Layihə çərçivəsində şəhərin müxtəlif yerlərinə kitab rəfləri quraşdırılacaq və oraya qoyulan kitablardan istənilən adam günün istənilən saatında istifadə edə biləcək.



Layihəyə dəstək olmaq istəyən hər kəs başqalarının da oxumağını istədiyi kitabları Gəncə kitab klubunun könüllüləri vasitəsi ilə Sərbəst Kitabxanaya bağışlaya bilər. Bunu etməklə oxumaq həvəsi olub kitab əldə edə bilməyən insanlara kömək etmiş olarsınız. Öncədən təşəkkürlərimizi bildiririk.



Əlaqə vasitələri: 050 524 32 75, 055 457 29 71


gencekitabklubu@mail.ru


https://www.facebook.com/groups/941590489273483/




Layihənin tanıtım videosunu diqqətinizə təqdim edirik.