Mövsümün iki ən böyük tədbiri sayəsində noyabr ayı London aristokratlarının yaddaşlarında uzun müddət qalacaq: Kensinqtonda “Design Museum”un açılışı və “The Animal Ball” (“Heyvanlar Balı”) adlı xeyriyyə gecəsi.



Gecənin qonaqları Birləşmiş Krallığın paytaxtında “Rolls-Royce” avtomobillərində hərəkət edirdilər və tam mənasında dəbli sərbəstliyi hiss edə biliblər. “Phantom”, “Ghost” və “Wraith” modellərindən ibarət flot qürubdan dan yeri sökülənədək Vest-Endküçələrində hərəkət edirdi, aristokratları müşayiət edən məşhur “Ağ əlcəklər məktəbinin” sürücüləri isə “The Animal Ball”ın ab-havasına uyğunlaşaraq heyvan görüşündə kostyumlarına bəzənmişdilər.



“Design Museum”un açılışına aparıcı dizaynerlər, memarlar və incəsənət xadimləri təşrif buyurmuşdurlar. Yeni məkan əfsanəvi dizayner ser Terens Konranın Londonda ən möhtəşəm dizayn muzeyinin yaradılması xəyalının həyata keçirilməsinin nəticəsidir. Gecənin sonrakı saatlarında “Elephant Family”xeyriyyə fondu tərəfindən keçirilən “The Animal Ball” baş tutdu. Tədbir çərçivəsində yığılmış vəsait dünyada fillərin sayının artırılmasına və ətrafmühitin qorunmasının dəstəyinə yönəldiləcək. Tədbir “London’s Victoria House”da keçirildi və sözsüz ki, bura Birləşmiş Krallığın ən nüfuzlu insanları məhz “Rolls-Royce” avtomobillərində təşrif buyurdu. Maskaradın iştirakçıları “Chloé”, “Jimmy Choo”, “Alice Temperley” və “Burberry” kimi ən yaxşı dizayner evləri tərəfindən məhz bu tədbir üçün hazırlanmış zərif maskaları geyinmək şansını əldə etdilər.



“Dəbli əşyalarınaparıcı istehsalçısı kimi fillərin sayının artırılmasına və dünyanın hər yerində onların yaşayış məkanlarının qorunması kimi əhəmiyyətli tədbiri dəstəkləməyə şadıq. Fikrimcə, “Rolls-Royce” avtomobilində maskarada gəlməkdən daha zərif və dəbli şəkildə xeyriyyə naharının keçirilməsini təsvir etmək mümkün deyil”, - deyə “Rolls-Royce Motor Cars” şirkətinin baş direktoru Torsten Müller-Ötvös bildirib.