Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti havaların soyuq keçməsi ilə əlaqədar olaraq noyabrın 30-da Bakıda yeni aksiya keçirəcək.



Yüksək texnologiyalarından istifadə edərək “Uber” şəhərdə daha sağlam mühit yaratmaq niyyətindədir. Tədqiqatlar onu göstərir ki, güclü immuniteta malik olan insanlar qrip virusunun yayılma riskini 50-60% aşağı salır. Bunları nəzərə alaraq “Uber” şirkəti şəhər üzrə tam pulsuz olaraq çəmən balınınçatdırılmasını təşkil etməyi qərara alıb.



#UberBal-ı necə sifariş etmək olar:



- noyabrın 30-da saat 12:00-dan 15:00-dək “Uber” mobil tətbiqinə daxil olmaq (uber.com/app);


- ekranın aşağısındakı slayderi çəkərək “UberBal” opsiyasını seçmək və yerləşdiyiniz məkanı göstərib bal sifariş etmək;


- bir neçə saat ərzində “Uber” kiçik hədiyyəni çatdıracaq.



Bundan başqa, bütün yeni “Uber” istifadəçilər bal ilə yanaşı 50%-lik güzəştlə 2 gediş əldə edəcəklər.



Bunun üçün lazımdır:



- “AppStore”,“Google Play” və ya“Windows Phone”dan mobil telefona “Uber” proqramını yükləmək;


- qeydiyyatdan keçmək və bu zaman “Uber-Bal” promo-kodunu daxil etmək;


- yerləşdiyiniz ünvana Pulsuz Bal sifariş etmək.



Qeyd edək ki, “Uber” şirkəti Bakıda 2015-ci ilin aprel ayından etibarən fəaliyyət göstərir. Tariflər haqqında ətraflı məlumat: https://www.uber.com/cities/baku/