Dünən Bakı Dövlət Universitetində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə “BDU – Liderlik Məktəbi” layihəsi həyata keçirilmişdir. Layihənin rəhbəri Qafarova Fəridə tədbirə gələn qonaqları və iştirakçıları salamlamış, layihə haqqında geniş məlumat vermişdir. Layihədə qonaq qismində iştirak edən Asif Səlimov iştirakçılara cənab prezident İlham Əliyevin gənc liderlərə göstərdiyi əbəssiz dəstəklərindən danışmış və iştirakçılara gənclər siyasəti haqqında geniş məlumat vermişdir. Daha sonra Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədr müavini Manaf Talıbov layihənin önəmindən danışmışdır. Tədbir müddətində iştirakçılar arasında geniş fikir mübadiləsi aparılmış və Liderlik mövzusunda ətraflı biliklər aşılanmışdır. Layihədə iştirak üçün ümumilikdə 97 müraciət daxil olmuş, bu müraciətlərdən 30 seçilərək layihəyə vəsiqə qazanmışdır. Layihənin növbəti mərhələsi olan sertifikatların təqdim olunması mərhələsi də yaxın günlərdə Bakı Dövlət Universitetinin Heydər Əliyev mərkəzində baş tutacaq.





