Ümumdünya İnternet şəbəkəsi və yeni avtomatik tərcümə texnologiyalarının geniş yayılmasına baxmayaraq, milyonlarla insanın danışdığı, lakin hələ də İnternetdə təqdim olunmayan dillər mövcuddur.

Tanınmış veb-tərcüməçi proqramlarının yaradıcıları “Microsoft” “Google” bu problemi aradan qaldırmaq məqsədilə bir araya gəliblər.

İstehsalçılar “silikon beyinlərə” qrammatika və alqoritmləri öyrətmək əvəzinə, insanlar tərəfindən tərcümə edilmiş milyonlarla elektron sənədlərin statistik müqayisəsinə etibar ediblər.

Bu üsul az tanınmış dillərə aid deyil, buna görə də son zamanlar Google eksperiment olaraq, qrammatik qaydalara dair təlim keçməklə 5 hind dilini (benqal, qudcarati, kannada, tamil və teluqu) dəstəkləməyə başlamış, Microsoft isə istənilən dil üçün avtomatik tərcümə xidmətini istifadəyə vermişdir.