Apple şirkəti Samsunq –un Galaxy S III telefonunun satışına qarşı ABŞ federal məhkəməsindən ilkin əmrnamə barədə vəsatət qaldırıb.


“FOSS Patents”-ə görə ABŞ məhkəməsinə Apple –nin vəsatəti çərşənbə axşamı daxil olub. Kampaniya bildirir ki, Galaxy S III patent hüququ pozuntusu var və Galaxy S III –ün “S Voice” ilə oxşar xüsusiyyətləri var.


Apple şirkətinin vəsatəti çərşənbə günü məhkəmədə müzakirə olunub. Apple-nin Samsunqa qarşı əvvəlki cəhdləri hakim Judy Koh tərəfindən rədd edilmişdir, belə ki, o, Nexus –un işinə də hakimlik edirdi. Apple uğurla Koh-un patent etibarlılığı ilə əlaqəsini ortaya çıxardı və sonralar əmrnamədə dəyişikliyə nail oldu.


Həmin vaxt Apple və Samsunq şirkətləri Beynəlxalq Ticarət Komissiyasına şifahi arqumentlər verməklə məşğul idilər, burada hakim Tomas Pender söyləmişdi ki, o, “Cheech and Chong” testini Samsunq-un Apple-nin iPhone və iPad dizayn patentləri pozuntusunu müəyyən etmək üçün istifadə edəcək. Bu yaxınlarda hər iki şirkətin CEO –ları mobil patent mübahisəsini həll etmək üçün görüşüblər.