Apple öz simsiz qulaqlıqlarının - AirPods-un reklamını buraxdı. Çarxda aksessuarın üstünlükləri barədə danışılmasada, istehsalçılar onun əsas üstünlüklərindən birini – onların qulaqdan düşməməsini vurğulayıblar.



Videoda əsas rolu fristayl stilində rəqqas Lil Bak oynayıb. Reklamda o rəqs edir, amma bütün hərəkətlərə baxmayaraq, qulaqlıqlar yerində qalaraq, qulaqdan düşmürlər. Reklamda hadisələr Meksikanın paytaxtı Mexikoda cərəyan edir.



Qeyd edək ki, bu aksessuarın Apple tərəfindən buraxılmış birinci reklamıdır.