11 Fevral tarixində Park Cinema Metropark-da ölkəmizin ilk satış forumu keçiriləcək.



Forumun məqsədi iqtisadi çətinlik dövründə biznesin inkişafı, satışın stimullaşdırılması, effektiv strategiya istiqamətlərinin müəyyən olunması və bu sahə üzrə ixtisaslaşan mütəxəssislərin müzakirəsi üçün platforma yaratmaqdır.

Forumda 4 nəfər yerli spiker və qonaq spikerin çıxışı planlaşdırılıb. Saat 09:00 -da başlayan forum 18:00-dək davam edəcək.

İştirak biletlədir. Satış və marketinq mütəxəssisləri, biznes sahibləri və bu sahəyə marağı olan hər kəs iştirak edə bilər.

Biletin qiyməti: 25 AZN

Biletləri kassir.az saytından online və +994502411143 nömrəyə sifariş etməklə əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur.

Ətraflı məlumat üçün: facebook.com/satforum.az