ABŞ-ın seçilmiş prezidenti Donald Tramp 2020-ci ildə seçkilərə gedəcək şüarı fikirləşib. Bu haqda Washington Post bildirib. Şüar belə səslənir: "Amerikanı böyük saxlayaq!"
"Mən əminəm ki, biz böyük olacağıq və bu möhtəşəm olacaq. Bu, mənim bununla bölüşməyimin yeganə səbəbidir” – deyə cənab Tramp bildirib. Prezident öz hüquqşünaslarından birinə, sloqanı ABŞ-ın ticarət markaları və patentlər üzrə idarədə qeyd etməyi xahiş edib. Onun 2016 seçkilərindəki “Amerikanı yenidən böyük edək" sloqanı da həmçinin patentləşdirilmişdir.
Washington Post yazır ki, seçilmiş prezidentin qərargahı bu sloqanla kepkaların buraxılışına sosial sorğular, telereklam və siyasi konsultantlardan daha çox pul xərcləmişdir. Cənab Trampın özü bildirib ki, o, marketinqdən başı çıxan birisidir.
Donald Tramp 20 yanvardan etibarən ABŞ prezidenti vəzifəsini icra etməyə başlayacaq.