Hollivud aktrisası Anjelina Coli Guerlain ətirinin yeni siması oldu. Bu haqda fransız markası Instagram səhifəsində bildirib. Reklam kampaniyasından qazanılmış bütün pulları aktrisa xeyriyyəçiliyə xərcləyəcək.
Əməkdaşlıq haqqında danışıqlar hələ 2015-ci ilin dekabrından aparılırdı. Onda Anjelina Coli Kambocada (onun birinci oğlu Meddoksun vətəni) idi. Orada Coli rejissor kimi "Əvvəlcə onlar mənim atamı öldürdü: Kamboca qızının xatirələri" filmini çəkirdi.
Anjelina qeyd edir ki, onun Guerlain-dən ilk təəssüratları anası ilə bağlıdır, belə ki, hələ uşaq ikən Colinin anası markanın kirşanından istifadə edirdi. İndi Coli Mon Guerlain ətirinin siması olacaq. Reklam kampaniyasına görə alınmış qonorarı aktrisa xeyriyyəçiliyə xərcləməyi planlaşdırır.
"Biz heyran olduğumuz qadınlar üçün ətirlər yaradırıq” - Jak Qerlen bildirib. Markanın ətriyyatçısı Tyerri Vasser bildirib ki, ətiri yaradarkən o, Coli obrazından ilham almışdır. Bu aktrisanın son on il ərzində kosmetik marka üçün birinci işidir. 2007-ci ildə Coli Shiseido reklamında çəkilmişdi, lakin çarx yalnız Yaponiyada yayımlandı.

