Karqo şirkətinin çöl çatdırılma yollarında məhsuldarlığı artırmaq üçün test etdiyi layihə olduqca diqqət çəkib. UPS-ın boomerang texnologiyası deyə biləcəyimiz proyektdə, çatdırılma vasitəsindən bir evə paket təslim etdikdən sonra vasitənin sürücüsü ayrı bir çatdırılma etmək üçün sürməyə davam edərkən vasitəyə geri dönən drone testinin müvəffəqiyyətli bir şəkildə həyata keçirir. Eyni anda iki dəfə təslimat.
UPS-ın yol optimallaşdırma proqramını yazdığına görə isə bir il boyunca sürücülərə gündə yalnız 1,6 km daha az məsafə qət edilməsi UPS-ın 50 milyon dollara qədər qənaət etməsini təmin edə bilər. Qeyd edək ki, UPS-ın hər gün yollarda çalışan 102.000 çatdırılma kuryeri var.
Çatdırılmanı tamamlamaq üçün lazım olan müddət və vasitə xərcləri nəzərə alınaraq çöl çatdırılma marşrutları ən xərcli marşrutlar hesab edilir. Bu testdə, sürücü bir çatdırılma üçün yoluna davam edərkən, drone başqa bir çatdırılma üçün hərəkətə keçir.
Gələk texniki detallara, Workhorse- nin elektrik / hibrid çatdırılma avtomobilləriylə inteqrasiya və yüksək məhsuldarlığa malik bir oktokopter çatdırılma drone ilə edilən çatdırılmada, cihaz çatdırılma vasitəsinin üstünə yerləşdirilir. Drone-nın altına ilişmiş bir qəfəs, çatdırılma vasitəsinin yuxarısında olan bir vasitənin içindən nəqliyyatı təmin edir. Avtomobilin içindəki UPS kuryeri, qəfəsin içinə paketi buraxır və sensorlu ekrandan bir düyməni basaraq drone-u əvvəldən təyin olunmuş müstəqil bir marşrut üzərindən ünvana göndərir. Batareya ilə işləyən drone, çatdırılma vasitəsinin üstünə yerləşdiyində zaryatka yığır və 30 dəqiqə uçuş müddətinə sahib olur. Drone, 4 kq ağırlığa qədər olan paketləri daşıya bilir.