Konsaltinq şirkəti olan Brand Finance şirkəti dünyanın 50 ən nüfuzlu geyim brendlərinin siyahısını açıqlayıb. Maraqlı olan isə bu siyahıda luks brendlərin geri sıralarda olmasıdır. Siyahı luks brendlərin artıq dəb dünyasında əsas oyunçu olamdığını göstərir.



Ekspertlər satış gəlirindən əlavə, marketinq investisiyalarını, brendin tanınmasını, məhsulun keyfiyyətini, peronal məmnunluğunu, kompaniyanın etibarını da qiymətləndirirdilər.



32 milliard dollar gəliri olan Nike siyahının lideri olaraq birinci pillədə yerləşib. Şirkətin gəliri keçən illə müqaisədə 13% artıb. Brendin uğurunu dünya ulduzları ilə birgə iş birlikləri, plus-size geyim xətti, idmanla məşğul olmaq uçün xüsusi hicab kimi effektiv reklam kampaniyaları ilə izah etmək olar.



Siyahının ikinci pilləsində 19 milliard dollar gəliri olan mass-market H&M, ardınca isə Louis Vuitton şirkətini geridə qoyaraq illik gəliri 14.4 milliard dollar təşkil edən Zara şirkəti yerləşib.



Dünyanın ən nüfuzlu brendlərinin siyahısı;



1. Nike, $ 32 milliard


2. H&M, $ 19 milliard


3. Zara, $ 14,4 milliard


4. Louis Vuitton, $ 13 milliard


5. Adidas, $ 10 milliard


6. Uniqlo, $ 9,6 milliard


7. Hermès, $ 8,3 milliard


8. Rolex, $ 7 milliard


9. Gucci, $ 6,8 milliard


10. Cartier, $ 6,7 milliard