Hürriyet'in verdiyi məlumata görə, Volkswagen minik avtomobili seqmentindəki 766 min avtomobili əyləc nəzarət sistemlərində proqram yenilənməsi üçün bütün dünyada geri çağırdı.


Volkswagen'in etdiyi açıqlamaya görə əyləc nəzarət sistemi bəzi sürmə hallarında doğru işləmir. Reuters xəbərinə görə bu hallar arxadan qopma (oversteer) ve öndən qopma (understeer) olaraq bilinən və avtomobilin sükan vasitəsiylə verilən dönmə bucağına qarşı həddindən artıq reaksiya verməsi və ya az reaksiya verməsi vəziyyətində idarəni çətinləşdirir.


Volkswagen’in avtomobilləri geri çağıraraq etmək istədiyi proqram yenilənməsi olmadığı halda, qəfil tormoz əsnasında da əyləc nəzarət sisteminin ideal şəkildə çalışmayacağı şirkət səlahiyyətliləri tərəfindən açıqlandı. Alman istehsalçı şirkəti bu problemə görə Almanya’da 288 min VW markalı avtomobili geri çağırdı. Şirkət səlahiyyətlilərinin verdiyi məlumata görə Audi və Skoda markaları da daxil edildiyində bu rəqəm 385 minə çatır. İsveçrə’də isə 22 min avtomobilin geri çağırıldığı bildirildi. Beləliklə, bütün dünyada geri çağırılan avtomobil sayısı isə 766 minə çatdı.


Mütəxəssislər əyləc sistemlərindəki problemin sadə bir proqram yenilənməsiylə həll edilə biləcək olmasının 2015-ci ilin payızında firmanın başını ağrıdan emissiya skandalıyla müqayisədə daha kiçik bir problem olduğunu deyirlər.