Sizin üçün facemark.az olaraq Seth Godin'in "All Marketers Are Liars-Tell stories" kitabının qısa xülasəsini hazırladıq.
Kitabın adının oxuyucularının yalançı olduğunu eyham edən "All Marketers Are Liars" olmasının mənfi təsirlərini gördükdən sonra adı "All Marketers Are Liars-Tell stories"ə dəyişdirən Seth Godin -"Bütün marketerlər hekayə anlatır.Sadəcə uduzanlar yalançıdır"- deyir.
Seth Godin'in fikrincə hekayə anladarkən az-çox bütün marketerlər yalan danışır amma burada məsələ yalanın hansı ölçüdə olmasıdır. Buarada ağ yalanlarla saxtakarlıq arasında incə bir çizgi var.
Ağ yalan bir şeyi daha yaxşı göstərən bir hekayədir. Bu hekayə satacağınız şeyi daha təsirli və əyləncəli edir və təklifinizi açıq şəkildə izah etməyin bir yoludur. Heç kəs ağ yalanları çox da vecinə almaz və əgər müştəriləriniz hekayənizin gerçək olmadığını öyrənərsə sizə qarşı mənfi fikri yaranmaz.
Buna misal olaraq Mercedes'i göstərmək olar. Sizcə həqiqətən də Mercedes dediyi kimi Toyota'dan 15 qat daha yaxşıdır? Bəlkə də, dəqiq olaraq 15 qat deyil amma avtomobil alıcısı Mercedes'in qapısını ilk bağladığında, ilk dəfə salonunda oturduğunda artıq avtomobil ona bir hekayə anladır. Mercedes aldığı pulun çox hissəsini radyoya, qaz pedalının hiss etdirdiklərinə və ya şüşə təmizləyənlərin ağıllı hərərkətlərinə xərcləyir. Yəni Mercedes haqqında danışmağa dəyər və güvənilən bir avtomobil olduğu üçün qazanmaqdadır.
Saxtakarlıq isə çox da əsası olmayan bir hekayədir. Xüsusilə şəxsi maraqlar üçün anlatılan bir hekayədir. Daha da pisi saxtakarlıq anlaşıldığında (mütləq ki, bir gün anlaşılır) müştərilərinizi sonsuza qədər itirəcəksiniz.
Buna isə misal olaraq Nestle'nin adını çəkən Seth Godin şirkətin saxtakarlıqla bir milyondan artıq körpənin ölümünə (UNİCEF'ə görə) səbəb olduğunu qeyd edib.
Əlbəttə ki, bir çox qadın üçün alınma məhsulların yerinə ana südü daha yaxşıdır amma Nestle ana südündən heç bir qazanc əldə edə bilməyəcəyi üçün insanları bunun tərsinə inandırır. Onların bu barədə anlatdıqları hekayə çox sadə və bu günkü dünyanın analarının dünya görüşünə görə hazırlanmışdı. Nestle'nin çoxsaylı səylərindən sonra analar Nestle'nin toz formullarından istifadə etməyə başladı. Yetəri qədər toz formul ala bilməyən ailələrdə isə bu formulalara su qatılırdı. Təmiz olmayan suyun qarışdırılması isə bir çox körpənin xəstələnməsinə və ölümünə səbəb oldu.
Burdan da belə nəticə çıxartmaq olar ki, müştərilərə deyilən sözlərə, danışılan hekayələrə fikir verilməli və müştərilərə məhsul haqqında ətraflı məlumat verilməlidir.
Hekayə anladarkən marketerlər insanların uğurlu marketinq strategiyasıyla qarşılaşdıqda atacaqları 5 addımı nəzərə almalıdırlar.
1. Onların dünya görüşü və baxış bucaqları
İstehlakçının dünya görüşü onun hadisələri qəbul etməsini və anlamasına təsir edər. Əgər hekayə bu dünya görüşü ətrafında formalaşdırılarsa ona inanılma ehtimalı yüksəkdir.
İstehlakçının dünya görüşü onun hadisələri qəbul etməsini və anlamasına təsir edər. Əgər hekayə bu dünya görüşü ətrafında formalaşdırılarsa ona inanılma ehtimalı yüksəkdir.
2. İnsanlar sadəcə yeni olanları fərqinə varırlar və sonra da təxmin edirlər
İnsanlar bir şeyi sadəcə dəyişdiyi zaman hiss edərlər.
3. Hekayəni ilk təəssüratlar başladar
İlk təəssürat istehlakçının gördüyü şey haqqında çox tez və qalıcı bir fikrə sahib olmasına səbəb olur.
4. Böyük marketerlər inanacağımız hekayələr danışar
Marketer istehlakçının fərqinə vardığı şey haqqında hekayə danışar. Hekayə istehlakçının məhsul və ya xidmət haqqındakı fikrini dəyişdirər və istehlakçı özünə yalan deyər. Daha sonra istehlakçılar nə olacağı haqqında təxminlər edərlər və bu təxminlərə uyğun olmayan hər şeyi məntiqli hala gətirərlər, öz təxminlərinə uyğunlaşdırarlar.
5. Güvənilən marketerlər uğurlu olurlar
Hekayənin güvənilən olması istehlakçının marağını onu başqalarına danışacaq qədər uzun müddətli olub-olmayacağını müəyyən edər.
Bəzən marketinq o qədər güclüdür ki, onu yaşayanın dünya görüşünü dəyişdirə bilər amma danışılan hekayəyə inanmaq istəyən dinləyici tapılmazsa heç bir marketinq uğurlu olmaz.
Kitabın qalan hissələri yazdığımız bu əsas fikirlər ətrafında formalaşan bölümlərdən ibarətdir.