“Noyabrın 1-dən etibarən Türkiyədən Rusiyaya badımcan, nar, pomidorun ixracına başlanılacaq. Problem olacağını zənn etmirəm”.



Facemark.az Anadoluya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi deyib.



O deyib: “Onlara həmişə bunu dedik. Qadağa qadağanı, maneələr isə başqa bir maneləri doğuracaq. Nə edirsinizsə, bunun mütləq qarşılığı olacaq. Çox uzun müddət keçdi. Sonra bizim ixracatçıların da səbri tükəndi”, - deyə nazir sözlərinə əlavə edib.



Zeybəkçi bəyan edib ki, Türkiyə Rusiyadan 2 milyard dollar civarında kənd təsərrüfatı məhsulları idxal edir. Rusiyaya ixracatın həcmi isə 800 milyon dollardır.



Qeyd edək ki, 2015-ci ilin noyabr ayında iki ölkə arasında “təyyarə böhran”ı başlamışdı. Rusiya isə buna qarşlıq olaraq Türkiyəyə qarşı iqtisadi sanksiyalara başlamışdı.