Məşhur ingilis süpürgə istehsalçısı “Dyson” şirkəti elektrik mühərrikli avtomobillər istehsal edəcək.
Facemark.az xəbər verir ki, şirkətin CEO-su James Dyson elektrik mühərrikli avtomobilin istehsalı üçün 400 nəfərdən ibarət komanda qurub.
Layihə ilə əlaqədar indiyə qədər 2,6 milyard dollarlıq büdcə ayrılıb.
İngilis şirkətindən verilən məlumata görə, 3 ilə qədər müddətdir davam edən layihə üçün ayrılan büdcənin yarısı avtomobilin inkişaf etdirilməsinə, xərcin digər yarısı isə elektrik mühərrikli avomobilin batareyalarının inkişafına xərclənəcək.
Avtomobillər ancaq elektrik mühərrikli olacaqlar və yalnız 2020-ci ildə bazara çıxarılacaq.
“Dyson”un qurucusu James Dyson isə mövzu ilə əlaqədar deyib ki, şirkətin ilk avtomobili yüksək keyfiyyətli olmayacaq: “Amma bu gün bazarda gördüyünüz elektrik mühərrikli avtomobillərdən radikal dərəcədə fərqli olacaq. Daha çox detallı danışmaq istəmirəm. Zamanı gələndə görəcəksiniz”, - o, deyib.
