“Vestel”in almaq üçün təklif verdiyi Toshiba TV Çinin “Hisense” şirkət tərəfindən alınıb.



Facemark.az Business HT-yə istinadən xəbər verir ki, çin şirkəti Toshiba TV bloku üçün 113,6 milyon dollar təklif verib.



“Toshiba” növbəti il üçün 700 min ədəd TV istehsal edən blokunda səhmlərinin 95%-ni satacaq. Səhmlərinin geridə qalan hissəsi isə özünə qalacaq.



Qeyd edək ki, iqtisadi böhran dövrlərini yaşayan Yaponiya şirkəti “Toshiba” qabyuyan və paltaryuyan maşınlarının yer aldığı ağ əşyalar səhmlərini Midea şirkətinə satmışdı.