Rəqabətin çox olduğu bir dövrdə şirkətlər sanki yarış içərisindədirlər. Markalar hər nə qədər yenilikci və fərqli addımlar atırlarsa, ənənəvi və sosial mediada adından bir o qədər çox istifadə edirlər.
Facemark.az Pazarlamasyon.com-a istinadən xəbər verir ki, istehlakçıların tez-tez sual verdiyi bunun digərindən fərqi nədir? sualına bütün markalar cavablar tapmağa çalışır.
Məhsulun qablaşdırılma dizaynını istehlakçıların birinci görür. Bu da markaların məhsulun tərkibini dəyişdirilməsi ilə yanaşı, qablaşdırma dizaynını da fərqli etməyə məcbur edir. İlk baxışda ön plana gətirilməsi vacib olan məhsullara fərqli qablaşdırma tətbiq edilir. Təbii ki, burada əsas yük dizaynerlərə düşür.
Marka və dizaynerlərin qablaşdırma dizaynını dəyişdirməsi isə istehlakçılara vizual zövq verir. Son zamanlar qablaşdırma dizaynı tendensiyalarında minimallıq ön planda dayanır.
Məhəmməd Uzuntaş tərəfindən hazırlanmış bu yaradıcı süd şüşələrində sadəlik ön plandadır. Bundan əlavə, yeni dizayn təkcə vizual baxımından gözəl görünmür, eyni zamanda ekonomik və sağlamdır.
Görünən odur ki, süd içməyənlər belə bundan sonra bir daha düşünməli olacaqlar.

