Dünya İqtisadiyyat Formu (Davos) növbəti il üçün bütün rəhbərlərin qadın olmasına qərar verib. Bu ilki zirvədə 3 minə yaxın iştirakçıdan yalnız 20%-nin qadın olması müzakirələrə səbəb olmuşdu.
Facemark.az 2018-ci ildə Davosa rəhbərlik edəcək şəxslərin adını açıqlayıb.
Şaran Burrou- Beynəlxalq Ticarət İttifaqı Konfederasiyasının baş katibi
Fabiola Gianotti - Avropa Nüvə Araşdırmaları Mərkəzinin baş katibi
İsabelle Koçer - Fransız enerji şirkəti ENGİE-nin CEO-su
Kristine Lagarde - Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri
Ginni Rometty- IBM Prezidenti
Çetna Sinha - Hindistandakı Mann Deşi Vəqfinin qurucusu
Erna Solberq - Norveçin baş naziri






