Moda evi “Dolce&Gabbana” sübut etməyə qərar verib ki, onun dizaynerləri istənilən halda bacarıqlıdırlar, hətta qida məhsullarında belə.



Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, moda evi Instagram səhifəsində yeni məhsulun foto ilə birgə izahını paylaşıb. Marka nahara gələn qonaqları təəccübləndirmək üçün makaron, spaqettinin müxtəlif növlərini təklif edir.



Bütün qablaşdırma çox rəngarəng görünür. Bəzi məhsul növləri naxışlı dizaynı ilə diqqət çəkib. Marka tərəfindən, həmçinin yeni dizaynlı mətbəx önlüyü dəstlə birgə təklif edilir.



Məhsulun yeni növləri yeni il və milad bayramı ərəfəsində məhdud tirajla satılacaq. Məhsul İtaliya istehsalçısı Pastificio Di Martino ilə birgə əməkdaşlıq nəticəsində yaradılıb. İtaliya markasının veb səhifəsində qeyd olunur ki, markanın yeni məhsulları ancaq Neapol və Bolonie şəhərlərində yerləşən bəzi satış nöqtələrindən əldə etmək olar.



Markanın yeni məhsulu Böyük Britaniyada öz baha qiymətləri ilə fərqlənən məşhur Harrods univermağında satışa çıxarılacaq. Ona görə də, bu ölkədə məhsulun 95 avro və ya 112 amerika dolları olacağı təəccüblü deyil.