Tesla noyabrın 19-da təşkil etdiyi tədbirində yeni TIR-ı Semi ilə bərabər, idman avtomobili “Roadster”in yeni modelini də bazara təqdim edib.
Facemark.az xəbər verir ki, şirkətin təqdimat mərasimində ilk göstərilən nəqliyyat sektorunda çevriliş yaradacaq Tesla Semi olub.
İdman avtomobili kimi sürətli olan Semi 500 mil diapozonunda, autopilot dəstəyi, sonsuz tormozlama özəlliyi və təbii yanacaqdan istifadə edən TIR yük avtomobillərinə meydan oxumaq bacarığındadır.Təqdimatın ən təəccüblü qismi isə “Tesla Roadster”in yeni buraxılmış modeli olub.
Teslanın imzasını daşıyan və artıq bazara çıxarılmayan “Roadster” 2008-ci ildə bazara təqdim olunmuşdu. Elon Muskun daha bahalı Tesla avtomobilləri istehsal edib, əldə edilən gəliri daha əlverişli sahələrə yönləndirmək istiqamətindəki ilk addımlarından biri də Roadster ilə bağlı olub.
Teslaya daxil olan avtomobillərin arasında Model S, Model X, Model 3 ilə yanaşı, Semi və Roadsterdə beləcə əlavə olunub. Elon Mask sübut etməyə çalışır ki, elektrikli mühərrikli avtomobillər təkcə şəhər daxili nəqliyyatda istifadə olunmur, təkcə ekoloji tarazlığı qorumaq üçün vacib deyil, eyni zamanda idman avtomobili qədər də sürətlidir.
Yeni “Roadster”in hər nə qədər idman avtomobilinə bənzəsə də 4 oturacağa malikdir. Üstü açıb bağlanılır və arxa tərəfində önə nisbətən kiçik olan oturacaqlar mövcuddur. Model S kimi arxa və ön hissəsində iki mühərrik var.
Tək şarj ilə 630 mil və ya 1,013 kilometr hərəkət edəcək avtomobil Tesla Roadster 2020-ci ildə satışa çıxarılacaq. Ön sifarişlər isə 200 000 dollar başlanğıc qiymətlə bu gündən başlayır. Yazının əvvəlində də qeyd etdiyimiz kimi hər yeni model Teslanın gələcək məqsədlərinin həyata keçirilməsinə xidmət edir. “Tesla” və kosmik araşdırmaları şirkəti “SpaceX”in baş icraçı direktoru Elon Musk isə bu dəfəki məqsədinin benzindən istifadə edən avtomobillərə böyük zərbə vurmaq istədiyini deyib.

