Uber hakerlərə 57 milyon müştəri və sürücülərin məlumatları oğurlandığına görə 100 milyon dollar ödəyib.



Hadisə 2016-cı ilin oktyabrında baş verəsə də, yalnız indi ictimaiyyətə açıqlanıb.



Facemark.az Bloomberg-ə istinadən xəbər verir ki, 57 milyon nəfər ciddi rəqəmdir, amma şirkət bunu yarım ildən çox gizlədə bilib.



Bu həftə şirkət baş təhlükəsizlik üzrə müavinlərindən birini və əməkdaşını işdən çıxarıb. Səbəb məlumatın gizlədilməsi və hakerlərə 100 milyon dollar ödəmələri olub.



2016-cı ilin oktyabrında haker hücumu zamanı Uberin bütün dünya üzrə 57 milyon nəfər sürücü və müştərisinin adı, e-mail adresləri və telefon nömrələri oğurlanıb.



Hakerlər, həmçinin 7 milyon nəfərin şəxsi informasiyalarını, o cümlədən ABŞ sürücülərinin 600 min avtomobil nömrəsini əldə ediblər.



Uber əmin edir ki, hakerlər müştərilərin sosial sığorta kartları, kredit kartı haqqında məlumatlar, səyahət məlumatları və digər şəxsi məlumatları əldə etməyiblər.



Qanuna görə, şirkət lizenziyalı nömrələrin hakerlərin əldə düşdüyü barədə dövlət tənzimləyicilərini və sürücülərə hücum barədə məlumat verməyə borclu idi. Bunun əvəzində isə şirkət məlumatları silmək və səssiz qalmaq üçün hakerlərə ödəniş edib.



Uberin rəhbəri Dara Xosrovşahi isə deyib ki, bütün bu hadisələr olmamalı idi, amma hazırda şirkət biznesin idarəedilməsi prinsiplərinin dəyişdirilməsi üzərində çalışır.