"Manat üzərində çox fərziyələr var, çox sözlər deyilir. Manatın taleyi birinci növbədə neftin qiymətindən asılıdır. Biz nə qədər desək ki, inkişaf edirik, qeyri-neft sektoru inkişaf edir. Fakt belədir".
Facemark.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
O bildirib ki, dövlət büdcəsinin 55-60%-i neft sektorunun payına düşür. Ümumiyyətlə, neftin dünya bazarında qiyməti dəyişəndə bu manat üzərində də hiss olunur:
"Düzdür, hazırda Azərbaycanda üzən məzənnə sisteminə keçid edilib. Amma doğurdan da bu gün qeyri-neft sektorunu ciddi inkişaf etdirə bilməsək, manat ilə əlaqədar müəyyən problemlər yarana bilər. Amma sizə deyim ki, Azərbaycanda bu sektoru inkişaf etdirmək üçün bütün imkanlar var".