“İstehlak kreditlərinin verilməsi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının təlimatları var. Banklar da həmin təlimatlara birmənalı şəkildə əməl etməlidirlər. Bu gün əsas məsələ əhalinin yenidən izafi kredit borclanmasına yol verməməkdir”.
Facemark.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev deyib.
O, deyib ki, yalnız öz borclarına xidmət edə biləcək həcmlərdə əhalinin borclanmasına imkan verməliyik:
“Yoxsa, eyni şəkildə biz yenidən dönüb, 2015-ci ildə yaşadığımız problemləri yenidən yaşaya bilərik. Burda önəmli olan, həm borcverənlərin, həm də borcalanların öz borclarını yalnız xidmət edə biləcəyi həcmdə verməsidir. Bu çox önəmlidir. Ona görə də, hesab edirəm ki, hər bir vətəndaş kredit alan zaman bu borca xidmət edib edə bilməyəcəyini banklar ilə birlikdə müzakirə edib, dəqiq, düzgün qərarlar qəbul edilməlidir”.