Yeni reklam kampaniyası “Bilayn” salonlarında “Samsung Galaxy J5” smartfonunun satışlarının startını elan edib.
Facemark.az Sostav.ru-ya istinadən xəbər verir ki, çarxın baş qəhrəmanı musiqili leybl “Black Star”ın müğənnisi Skruci olub.
Reklam agentliyi “Contrapunto”nun komandası praktiki bir təcrübəyə istinad edib: Tutqun ekran həyatı çətinləşdirir.
Skruci bütün çarx boyu smartfonun tutqun ekranına görə yaşadığı xoşagəlməz hadisələri sadalayır. Çarxda yanlış cavabın onlayn alış-veriş zamanı malların səhv seçilməsi və s hadisələr göstərilir.
Çarxın prodüseri Dimitri Laşkin, istehsalçı “Stink”, kreativ reklam agentliyi “Contrapunto”dur.