Uzun illərdir ABŞ və Avropa ölkələrində supermarketlərdə alıcılara ərzaqları yerləşdirmək üçün verilən plastik zənbillər artıq qonşu ölkə olan Türkiyədə də pulla satılacaq.


Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər isə bildirir ki, bununla istehlakçıların ətraf mühitə vurduqları ziyan da minimuma enəcək.


Türkiyə KİV-i isə bu yeniliyi məqbul hesab edir, yazırlar ki, gündə 50 milyon belə zənbillərdən istifadə etdiyimizi nəzərə alsaq bu təqdirəlayiqdir.



Yenilik Türkiyədə 2019-cu ilin yanvarın 1-dən tətbiq ediləcək.


Qeyd edək ki, qonşu ölkədə supermarketlərdə alıcılara verilən plastik zənbillərin qiyməti 25-50 kuruş arasında dəyişir.


Avropa və ABŞ-da isə “Lidl”, “Tesco” kimi marketlər parçadan hazırlanan böyük və dayanıqlı zənbilləri istehlakçılara satır. İstehlakçılar beləliklə, hər alış-veriş vaxtı onları evlərindən gətirir. Beləliklə, ətraf mühitə vurulan ziyan 75-80%-ə qədər azalmış olur.