“Facebook”un Rusiya üzrə satış direktoru İlya Alekseyev uğurlu yeni il kampaniyası üçün məsləhətlərini verib.
- Niyə marketoloqlar Yeni ili oktyabrın ortalarından qeyd etməyə başlayırlar?
Çoxları şikayət edir ki, markalar Yeni il marketinq kampaniyalarına daha erkən başlayırlar. Ancaq mən hesab edirəm ki, erkən başlanğıc üçün şirkətləri tənqid etməyə ehtiyac yoxdur. Artıq oktyabrda insanlar plan qurmağa başlayırlar. Məsələn, bayramı necə qeyd edəcəklər, sevdikləri insanlara hansı hədiyyəni verəcəklər və s. Ona görə də, potensial müştərilər artıq brendlər ilə kommunikasiya qurmağa hazırdır. Çünki əgər markalar Yeni il kampaniyalarına daha gec başlasalar faktiki olaraq istehlakçıları cəlb etmək imkanını əldən verirlər.
Bu halda platforma və alətlərin çoxluğu düzgün marketinq strukturunu müəyyən etməyə çətinlik yaradır. Əgər Yeni il markaların qazanc və itirmək üçün taleyini müəyyən edirsə, bu halda dəyişiklikliyə fokuslanmaq lazımdır.
Ipsos Mori agentliyi tərəfindən Yeni il ərəfəsində istehlakçıların davranışlarında əsas dəyişiklikləri müəyyən etmək üçün təhqiqat aparılıb. Agentlik Facebook IQ-nün daxili tədqiqat bölməsinin məlumatlarından, qlobal tədqiqat proqramının nəticələrindən faydalanıblar.
- Mobil şopinq – Kimə harda, necə rahatdır?
İngilis alıcılarının davranışlarını analiz etdikdə görürsünüz ki, mobil kampaniyaların onların yolda, evdə, işdə olduqları vaxtı əldə etməsi daha efektivlidir. Belə istehlakçılara daha çox təmas etmiş olursunuz.
Biz başa düşürük ki, insanlar bu vaxtı özlərinə faydalı ola biləcək şəkildə istifadə etmək istəyirlər. Onlar yeni il öncəsi təlaşın höküm sürdüyü Yeni il mağazaların önündə vaxt itirmək istəmirlər. Bu mobil müştərilərin Yeni il hazırlıqların daha həvəslə (bizim hesablamalarımıza görə bu adi müştərilərin yarısı qədər çox rəqəm deməkdir) başlamasına kömək olur. Daha az stress olduğuna görə, daha çox məhsul almağa meyilli olurlar.
- Milad ərəfəsi onlayn-şopinqlər qlobal hadisə olub
“Facebook” onlayn geridönüşlərə görə, tətil ilə əlaqədar alış-veriş ənənəsi beynəlxalq hala gəlir. Məsələn, “Qara Cümə” ABŞ-dan gələn ənənədir. Amma Avropa və Asiyada da populyarlığını qoruyur. Həmçinin Çində təşkil edilən Subaylar Günü bütün dünyada satışların artımı üçün mükəmməl günlərdən biridir. Yenə də Britaniya alıcılarının nümunəsində görünür ki, mobil istifadəçilərin fəallığı bayram günlərində satışların bütün günləri ərzində desktop istifadəçilərin fəallığını ötür.
- Mobil alıcılar həlledici rol oynayır
Mobil istifadəçilərin sayı hər il 26% artır. Bu isə daha gələcəkdə bu nəticənin artacağını göstərir. Maraqlıdır ki, Böyük Britaniyada mobil alıcılar bazarlıqlarını Yeni il ərəfəsində masaüstü kompüterlərindən və ənənəvi alış-veriş səfərlərindən daha erkən edirlər.
Beləliklə, necə əmin olmaq ki, sizin marketinq kampaniyanız istehlakda son dəyişiklikləri nəzərə alaraq optimallaşdırılmışdır?
Biz beş əsas addım müəyyən etdik:
- Yeni il öncəsi kampaniyanızın başlamasına hazır olun;
- Mobil qurğulara fokuslanan reklam materiallarına üstünlük verin;
- Mobil kampaniyalarınızı offlayn ilə əlaqələndirin;
- İnsanlar məhsulunuzu almamışdan, xəbər lentində öyrənməmişdən öncə zamanı və yolu düşünün;
- Alıcıların marağını dəstəkləyin.

