Facemark.az xəbər verir ki, sostav.ru 2017-ci ilin nəticələri layihəsini davam etdirir.


Bu gün biz 2017-ci ilin ən yaxşı reklam çarxlarının nominasiyasında ekspertlər tərəfindən səslərin necə bölündüyündən danışacağıq.


Sostov.ru komandası bildirib ki, amma digər kateoqriyalar üzrə nəticələr həftə ərzində açıqlanacaq.


Ekspertlər 7 nominasiya üzrə reklam sənayesinin ən yaxşı layihələrini açıqlayıblar. Həmin layihələr isə çarxlar, digital, kampaniyalar, sosial reklam, BTL, print / autdor, bendinqdir.


Səsvermədə 50 min insan iştirak edib. Təxminən, ən böyük markaların 150 nümayəndəsi, məsələn, rabitə şirkətləri, kreativ reklam agentlikləri, KİV hər nominasiyada üç iş üzrə 3,4,5 bal qiymətləndirmə həyata keçirə biliblər.


-1-ci yeri 216 səs toplayan və 2017-ci ilin ən yaxşı reklam çarxı adına Ferroro Rusiyanın (Ферреро Руссия) çarxı seçilib. Reklam çarxını ərəsyə gətirən isə SLAVA, Resonate Strategies reklam agentliyi olub.



- 2-ci yeri isə səsvermədə 199 bal toplayan “MTC” şirkətinin reklam çarxı seçilib. Çarx “BBDO” reklam agentliyi tərəfindən ərsəyə gətirilib.



- 3-cü yeri ümumi səsvermədə 174 bal toplayan “Kasperskaya Laboratoriya”nın “Great” reklam agentliyi ilə birgə bazara təqdim etdiyi çarx seçilib.



- 4-cü yerdə 150 bal toplayan “Все любят крабов” reklam çarxı seçilib.



- 5-ci yeri 127 bal toplayan “Тридевять земель” adlı reklam çarxı sahiblənib.



- 6-cı yerdə 107 bal toplayan “Мы всё проверяем лично” reklam çarxı qərarlaşıb.



- 7-ci yerdə 99 bal toplayan “Начинается с тебя” reklam çarxı seçilib.



- 8-ci yeri 97 bal toplayan “CarPrice” reklam çarxı tutub.



- 9-cu yeri 84 bal toplayan “Пора домой” reklam çarxı tutub.



- 10-cu yerdə 75 bal toplayan “Корочки” reklam çarxı qərarlaşıb.