Digital təhlükəsizlik mövzusunda dünya lideri Yaponiyanın “Trend Micro” şirkəti onlayn alış-veriş edən zaman diqqət edilməsi lazım olan kriteriyalardan bəhs edib.


Facemark.az xəbər verir ki, yeni il yaxınlaşdıqca kiber cinayətlər üçün də yeni qapılar açılır. Onlayn alış-verişin artdığı zamanda kibercinayətkarlar nəinki şəxsi məlumatları, o cümlədən müştərinin cibinə girməyi də hədəfləmiş olurlar.


Yaradılan saxta və zərərverici proqram təminatı ilə yüklənmiş saytlar 2008-ci ildən bu yana tez-tez istifadəçilərin qarşısına çıxır.


“Trend Micro” isə həyəcan təbili çalır və bildirirlər ki, yeni il alış-verişləri zamanı həmin saytlar sözün həqiqi mənasında balıq ovuna çıxırlar.


Yeni il öncəsindən həyata keçiriləcək kampaniyaları izləyən istifadəçilər ucuz məhsul axtarışına başlayırlar. Kibercinayətkarlar müştərilərin bu zəif cəhətlərindən ustalıqla istifadə edirlər.


Yaponiyanın şirkətlərin kiber təhlükəsizliyini təmin edən “Trend Micro”nun araşdırmasına görə, kibercinayətkar ən çox planşet və ağıllı telefonlar istifadəçiləri üçün belə tələlər təşkil edir. İkinci sırada oyuncaqlar, kameralar, “Apple”ın alış-verişləri zamanı istifadə edilən “iTunes” kartı, video oyunlar, qızıl əşyaları və saatlar kiber cinayətkarların ən çox üstünlük verdiyi məhsullar arasında yer alır.


Kiber cinayətkarlar, həmçinin saxta tətil kampaniya mesajları göndərir.


Məhsul satışları ilə yanaşı, kibercinayətkarlar yeni il ərəfəsi üçün saxta ucuz tətil təklifləri ilə istifadəçilərin qarşısına çıxır. Olduqca populyar turizm agentliklərindən gələn kimi görünən saxta mesajlarda gizlənən zərəverici proqram təminatı şəxslərin kritik məlumatlarını oğurlamağa hədəflənir.


Müştərilərin belə tələlərə düşməməsi üçün mütəxəssislər bəzi tövsiyələrini veriblər.


- Yaxşı bir məhsul almaq üçün axtarış sistemlərindən istifadə etməyin. Veb təhdidlər axtarış sistemlərində birinci sıralarda çıxa bilir. Populyar alış-veriş saytlarının saxtaları axtarış sistemlərinin nəticələrində birinci sırada çıxır.


- Endirimin miqdarı təxminlərdən çoxdursa inanmayın. Yarı-yarıya endirim aksiyaları və kəskin endirimlər gördükdə bir neçə dəfə düşünməkdə fayda var. Unutmayın ki, kibercinayətkarlar bu cür mesajlardan istifadə etməyi sevirlər.


- Əgər bütün alış-verişlərinizi mobil cihazlar üzərindən edirsinizsə, mütləq etibar etdiyiniz kanalların tətbiqlərindən istifadə etməlisiniz. Mobil görünüşlü veb saytlara məxsus saytların saxtalarını yaratmaq kibercinayətkarlar üçün çox asandır. İstifadəçilər çox zaman saxta və orjinal mobil saytları seçməkdə çətinlik çəkirlər.


- Təhlükəsizlik həllindən faydalanın. Təhlükəsizliyin üçün proqram təminatından istifadə edin. Həmin proqramlar istifadəçilərin saxta veb saytlara daxil olmasının qarşısını alacaq. Onları kibercinayətkarın hücumundan qoruyacaq.