Yanvarın 13-də marketoloqların ənənəvi görüşü baş tutacaq.
Facemark.az xəbər verir ki, əyləncəli proqram “Marketinq Azərbaycan” qrupunun üzvləri üçün 2018-ci ilin gəlişi, həmrəylik günü və qrupun yaranmasının 6-cı ilinə qədəm qoyması münasibətilə təşkil olunacaq.
Təşkilatçı Rafiq Vəliyev deyib ki, görüşümüz əyləncə ağırlıqlı olsa da, mükafatlandırma mərasimləri, nitq, təqdimatlarla dolu olacaq:
“13000-dən çox üzvü olan qrupun indiyədək keçirdiyi bütün tədbirlərdə çoxsaylı iştirak qeydə alınıb. Bu dəfə də maksimum 100 nəfər yerimiz var. Ona görə də, daha tez müraciət edənlər iştirak edə biləcək”.
R.Vəliyev bildirib ki, 17:00-23:00 aralığında baş tutacaq görüşdə yemək menyusu da bol olacaq:
“İştirak üçün yalnız bilet əldə etmək lazımdır. Biletlər 1 həftə ərzində bir neçə satış nöqtəsi yaradılaraq satılacaq. Tədbirdə ancaq və ancaq giriş biletlədir, bütün biletlər uduşda iştirak edəcək, odur ki, biletinizin yanınızda olması Sizə faydalıdır”.
Onun sözlərinə görə, İLK 100 bilet satıldıqdan sonra bilet satışı və iştirak üçün qeydiyyat dayandırılacaq: “Cəmi 100 nəfərlik yer imkanımız var”.
Təşkilat komitəsi tədbirin tam proqramını tezliklə “Marketinq Azərbaycan” qrupunda event daxilində paylaşacaq.
Qeydiyyatdan keçmək üçün tədbirin linkinə daxil ola bilərsiniz.
https://www.facebook.com/events/848872505286069/
Yeni ilə məxsus əyləncəli proqram “Sheraton Baku Airport” hoteldə keçiriləcək.
Tədbirdə iştirak haqqı - 25 AZN-dir.
Biletləri aşağıdaki ünvanlardan əldə edə bilərsiniz:
- Dəmirçi Plaza: (051) 295 46 77
Xatırladaq ki, qrupun bu tədbiri tamamilə sosial xarakter daşıyır, biznes məqsədli deyil. Tədbirin xərcləri dəstək olan şirkət və üzvlərin köməyi ilə qarşılanacaq. Odur ki, hər hansı formada dəstək olmaq istəyən dost şirkətlər müraciət edə bilərlər. Qrupun tədbirində brand-wall-da dəstək olan bütün şirkətlərin loqoları yer alacaq, adları səsləndiriləcək. Eyni zamanda, dəstək olmaq istəyən şirkətlər müxtəlif nominasiyalar və oyunlar üzrə qalib olmuş şəxslərə öz hədiyyələrini də təqdim edə bilərlər.
Qeyd edək ki, 2015-ci ildə “Marketinq Parti-Marti”, 2016-cı ildə “Krizis Party”, 2017-ci ildə “Yığışın gəlin bizə” sloqanlı Yeni ilə məxsus əyləncəli tədbirlərimiz baş tutub.





