Yiğit Çağlayan “MasterCard” beynəlxalq ödəniş sisteminin Azərbaycanda və Türkiyədə yeni baş meneceri təyin olunub.
Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni vəzifədə Y.Çağlayan bu ölkələrdə nağdsız hesablaşmaların inkişafı və rəqəmsallaşma üzrə məsul şəxs olacaq.
Qeyd edək ki, 2011-ci ildən “MasterCard”da çalışan yeni baş menecer Yasemin Bediri əvəzləyib. O, yeni təyinatına qədər Avropa bazarlarında məhsullar üzrə səlahiyyətli vitse-prezident vəzifəsində çalışıb.
