Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği” təsdiq edilib.


Facemark.az xəbər verir ki, açıq məkanda reklam yayımına görə haqqın müəyyən edilməsi məqsədilə ölkə ərazisi aşağıdakı reklam yayımı zonalarına bölünür.


Bakı şəhəri üzrə A, B və C zonaları; Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə A, B və C zonaları, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla) və s.


Açıq məkanda reklam yayımına görə haqq hər ay reklamın 1 kvadratmetri üçün reklam daşıyıcısının növləri üzrə aşağıdakı məbləğdə hesablanır:



Sıra nömrəsi



Reklam daşıyıcısının növü


Reklam yayımına


görə haqq (manatla,


ƏDV-siz)


3.1.1.


Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları (hava şarları, dirijabllar, aerostatlar və s.)


17,0


3.1.2.


Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.)


12,0


3.1.3.


Təsvirin dinamik dəyişdiyi daşıyıcılar:



roller


10,0


prizmatron və s.


6,0


3.1.4.


Hərəkətsiz daşıyıcılar:



transparant


7,0


ayrıca dayaqlı lövhə və qutu (o cümlədən ictimai nəqliyyat dayanacaqlarına inteqrasiya olunmuşlar), tumba, ödəniş terminalları və avtomatlaşdırılmış satış köşkləri (vending)


6,0


bilbord, meqabord


5,0


kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, digər fasad reklamları, çətir, tent, bayraq, afişa stendi və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərində yerləşdirilən və ya həmin obyektlərə məxsus (aid) digər reklam daşıyıcıları (3.1.4-cü yarımbəndin 1–3-cü abzaslarında nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla)


2,5