“Tesla” və “SpaceX” şirkətinin rəhbəri Elon Musk ağır tutumlu raket daşıyıcısı “Falcon Heavy”nin ilk fotosunu kosmodromun montaj-sınaq korpusu olan Florida, Kanaveral ərazisindən paylaşıb.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Falcon Heavy”nin yanğın testi və birinci sınaq işə salınması 2018-ci ilin yanvar ayında planlaşdırılmışdı.
Başa çatmaqda olan raketin uzunluğu 70 metr, ümumi çəkisi 1400 tondur. Raket maksimal yüklənmə ilə aşağı orbitə ən çoxu 60 tondan çox yük göndərə biləcək. Beləliklə, “Falcon Heavy” bu parametrləri ilə bütün müasir raketləri geridə qoyacaq. Məsələn, “Delta IV Heavy” aşağı yerətrafı orbitə maksimum 28 ton yük çıxara bilir.
Öncəki açıqlamalarında Musk deyirdi ki, sınaq uçuşları zamanı “Tesla”nın albalı rodsteri birinci faydalı yüklənmə olacaq. O deyirdi ki, raketin impulsu onu heliosentrik orbitə daşımağa imkan verəcək.
“Kosmosda bu avtomobilin sonsuz uçuşu haqqında düşüncələr mənim xoşuma gəlir”, - deyə o sözlərinə əlavə etmişdi.



