Rus dizaynerlərin şahmat üzrə Dünya Çempionatı üçün hazıladığı loqo qəzəbə səbəb olub.
Facemark.az xəbər verir ki, The Telegraph yazır ki, 2018-ci ildə Londonda keçiriləcək şahmat üzrə Dünya Çempionatının loqosunu hazırlanması üçün təşkilən edilən müsabiqədə rus dizayn bürosu «Щука» qalib gəlib.
Qəzet yazır ki, amma yaradılmış loqo insanlar arasında fərqli reaksiyalara səbəb olub. Yeni loqo cəmiyyətə təqdim edilən zaman bir sıra qrossmeyster bu hadisədən qəzəbləniblər.
Bəzi dünya şahmatçıları onu Kama Sutradan ilhamlanaraq yaradıldığını deyirlər. Bəziləri isə fikirləşir ki, bu hətta pornoqrafiyaya oxşayır. Onlar soruşurlar ki, bunu uşaqlara göstərmək olarmı?!
“World Chess” isə öz rəsmi resursu “Fide”də isə maraqlı açıqlama verib:
“Biz yeni loqo üçün bir il axtarışda olmuşuq. Ən sonda bu loqonun üstündə qərar verə bildik. Çünki loqo London kimi mübahisə və dəbi özündə birləşdirir.
Qeyd edək ki, yeni loqonun müəllifi olan «Щука» komandası 2003-cü ildə Moskvada yaradılıb. Şirkətin kollektivi peşəkar dizaynerlərdən formalaşıb.



