“Burger King” Fransada gözlənilməyən kampaniyaya imza atıb.


Facemark.az xəbər verir ki, şirkət qısa müddətliyinə “Bordeaux”dakı restoranlarından birini “Facebook”dakı heyranlarından birinə hədiyyə edib.


Hədiyyəyə sahib olan isə Sullyvan K. adında fransızdır. O, 2017-ci il ərzində “Burger King”in “Facebook” səhifəsinə 637 şərh yazıb. Beləliklə, birinci yeri əldə edib.


Yeni il sürprizi bununla məhdudlaşmır. Restoranın girişinin üzərinə “Sullyvan K.’nın Evi yazısı yerləşdirilir. Ona məxsus parkinq ərazisi ayrılır, qızıl qab, stol, hətta “Whopper” paketi hazıranır. Üstəgəl, ona bir il boyunca “Burger King”dən pulsuz yemək fürsəti də ərmağan edilir.


Kampaniya bununla da bitmir. Markanın “Facebook” hesabından yayınladığı videoya ən çox şərh edən şəxs də “Burger King” Fransadan bir il boyunca pulsuz yemək qazanacaq. Beləliklə, videonun altındakı şərhlərin sayı bir neçə saat içərisində 40 mini keçib.


Kampaniyanı ərsəyə gətirən isə “Buzzman” reklam agentliyi olub.