“Marketinq – cəmiyyətin aynasıdır və əlbəttə ki, cəmiyyətdə baş verən istənilən proses bir mənalı olaraq marketinq alətlərinin təsirini dəyişə bilər. Son vaxtlar “Maxi.az” pərakəndə ticarət şəbəkəsinin apardığı reklam kampaniyası, daha konkret desək “Maqsud” personajı sözün əsl mənasında müasir marketinq kommunikasiyaları tarixinə qızıl hərflərlə yazılmalıdır”.


Facemark.az xəbər verir ki, bu sözləri marketinq mütəxəssisi İlkin Manafov “Maxi.az”ın bir müddət əvvəl bazara təqdim etdiyi son reklam çarxı ilə əlaqədar öz bloqunda qeyd edib.


Onun sözlərinə görə, personajın bölgələrə xas olan tərzdə danışması brendi bir növ xalqa daha yaxın edir:


“Necə bunu bir vaxtlar, rəqibi olan “Soliton” (o vaxt Beko) – “Canım ay Beko” sloqanı ilə etmişdi”.


İ.Manafov Maxi.az reklamlarını fərqləndirən və çox uğurlu edən faktorlardan da bəhs edib:


Personaj: Maxi.az reklamlarında çəkilən “Maqsud” obrazı əslində bir pərakəndə şəbəkənin ən qiymətli resursu olan satıcı obrazıdır. Bununla brend bir daha sübut etmək istəyir ki, satıcı pərakəndə ticarətin əsas qüvvəsidir və müştərinin cibinə (ordanda ürəyinə) gedən yol məhz düzgün işləyən satış personalından keçir. Reklam siması birbaşa olaraq müştəri ilə şirkət arasında körpü funksiyasını daşıyır. Həmçinin, şirkət öz işçilərinə də satış adamının necə vacib biri olduğunu göstərmiş olur. Çox uğurlu alınıb.


Sinerji effekti: Sizlərdə yaxşı bilirsiniz ki, marketinq kommunikasiyalarında 1+1 = 3 olur.


Daha dəqiq desək, sinerji effekti biznes üçün həyatı əhəmiyyət kəsb edir və çox vacibdir ki, müştərilər eyni mesajı bir neçə dəfə, amma müştərini yormadan etsinlər. Maxi.az bunu mükəmməl edə bilib, çünki hər bir yeni reklam sujeti özündə fərqli mövzunu birləşdirsə də, ümumi ana xətt olaraq eyni mesajı gücləndirir. Sinerji effekti yaradır. Bu çox vacibdir.


Yayımlama kanalı: Müasir dövrdə istehlakçı reklam barədə məlumat almaq istəyi gün-gündən azalır. İnsanlar yorulmaq istəmir, hətta insanlar hansısa məlumatı belə 3-cü şəxslərdən almaq istəyir ki, aldanmasın. Bizim vaxtımız azdır, bizim çoxlu qayğılarımız var və əlbəttə ki, reklama vaxt itirmək istəmirik. İstəyirik reklam bizi həm, əyləndirsin, həm də maarifləndirsin.. Sosial şəbəkər üzərindən yayımlama metodu hesab edirəm ki, çox doğrudur və brendin tanınmasına müsbət təsir etmiş olur.


O, qeyd edib ki, “Maxi.az” marketinq kommunikasiyası istiqamətində işlərini son dərəcə effektiv təşkil edib:


“Həttə son həftələrdə “İrşad Electronics”lə aralarında olan “söz davasında” belə “Maxi.az” çox sistemli və yaxşı çıxa bildi. Məncə, qalib oldu, çünki cavabları çox keyfiyyətli olması ilə yanaşı, cəld və maraqlı idi”.