91 yaşlı Yelizaveta II və yoldaşı Edinburghun hersoqu, 96 yaşlı şahzadə Philipp Mountbatten Londondan Norfolk əyalətinə gəlib.


Facemark.az xəbər verir ki, onlar Sandrinqem iqamətgahında keçirilən ənənəvi milad məzuniyyəti üçün bura gəliblər.


Onlar dekabrın 21-də Kinqs-Linn şəhərinin dəmir yolu stansiyasında “Buckingham Saray”ında təşkil edilən ənənəvi bayram nahardan sonra şəkil çəkdiriblər. Bayram naharında ailənin bütün üzvləri iştirak edib.


Maraqlısı odur ki, Yelizaveta II “Pantone” İnstitutu tərəfindən 2018-ci ilin rəngi hesab olunan ultrabənövşəyi rəngdə “palto” geyinib.