Hər birimizin həyatında yuxu vacib rol oynayır. “Askona” Milad ərəfəsində hazırladığı yeni reklam çarxında da bu tezisi müdafiə edir.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni ideya pozitivdir, amma duyğusallıq o qədər də çox deyil.
Çarxın baş qəhrəmanları baba və oğlandır. Onlar çarxda fərqli obrazlarda qarşımıza çıxırlar. Reklamın əsas ideyası onları birləşdirir. Əsas ideya isə belədir: “Yuxu bizi böyüməyə və uşaq qalmağa kömək olur”.
“Askona” budəfəki reklam çarxı üçün “Saatchi& Saatchi Russia” reklam agentliyi ilə əməkdaşlıq edib.
Çarxın reklam agentliyini öz üzərinə götürmüş “Saatchi&Saatchi Russia” şirkətinin kreativ direktoru Yuri Polonski maraqlı açıqlama verib:
“Filmin çəkilişləri zamanı əsl möcüzə baş verdi. Moskvanın palçıqlı dekabr günlərinin birində qar yağmağa başladı. Bu bizim fəslimiz üçün adətən yaddır”, - deyə o qeyd edib.
“YouTube”da bir həftə öncə yayımlanmasına baxmayaraq, çarxa baxanların sayı 2 mln. nəfəri ötüb.
Qeyd edək ki, şirkət Şərqi Avropada ortopedik döşəklərin istehsalı üzrə ən iri fabrikə sahibdir. “Askona” sağlam yuxu üçün məhsullar istehsal edir və bu bazarın liderlərindən biridir.