Yaponiyanın Sony korporasiyası yüksək məhsuldarlığa malik yeni nəsil XQD fləş-kartlarının tutumu müvafiq olaraq 64 və 32 giqabayt təşkil edən QD-S64 və QD-S32 modellərini təqdim edib.
XQD toplayıcıları CompactFlash kartlarını əvəz etməklə əsasən peşəkar rəqəmsal fotoaparatlar və videokameralar sahələrində tətbiq ediləcək. XQD standartı PCI Express-in xüsusiyyətlərindən istifadə edir. Yeni formatlı kartların yüksək etibarlılığa və davamlılığa malik olduğu bildirilir. Toplayıcıların ölçüləri 38,5×29, 6×3,8 мм təşkil edir.
QD-S64 və QD-S32 modelləri 168 Mb/saniyəyə çatan oxumanın və informasiyanın yazılmasının rekord sürətini təmin edir. Toplayıcılar ilk növbədə yüksək təsvir ölçüsünə malik fotoaparatlar və videokameralar üçün nəzərdə tutulub.
Modellərin satışına iyulun 11-də başlanacaq və onların qiyməti müvafiq olaraq 750 və 500 dollar olacaq.
