“Twitter”in nə qədər populyar olması hər kəsə bəllidir. Zənnimcə, bu barədə danışmağa ehtiyac yoxdur.
Facemark.az Onedio-ya istinadən xəbər verir ki, dünya miqyasında hər gün milyonlarla tvit atılır və bunların gündəmə təsiri də şübhəsizdir.
Hər kəs istədiyi fikirləri paylaşır, amma bəzən ortaya gülməli mənzərə çıxır.
Məsələn, bu bələdiyyə başçısı kimi:
Feik hesabdan tvit atmaq istəyib, amma səhvən öz rəsmi hesabından bu əməliyyatı edib. Nəticədə, özü-özünü tərifləyib.
Bir başqa misal: Rasim Ozan Kütahyalını söymək istəyən biri səhvən Rasim Öztekinə yazıb.
Rasim Öztekinin reaksiyası isə çox mükəmməl alınıb.
Bu səhvlərin sayı artdığına görə isə Rasim Öztekin haqlı olaraq üsyan edib.
Rasim Öztekini rahat buraxın artıq!
Bu vəziyyət tək türklərdə deyil, xarici ölkələrdə də tez-tez baş verir.
Məsələn, amerikalı model Kim Kardaşyan səhvən türk Mert Alaşa tvit atıb.
Eyni xətaya, müğənni Miley Cyrus da düşüb.
ABŞ prezidenti də “Twitter” sosial platformasını çox bəyənir, ona görə də onun səhv etməsinə təəccüblənmədik.
“Tereza, mənə fokuslanmaq yerinə, Böyük Britaniyada baş verən dağıdıcı radikal islamçı teror ilə məşğul ol. Biz burda çox yaxşıyıq!” tvitini prezident Böyük Britaniyanın baş naziri Tereza Meyə atmaq istəyib.
Amma səhvən 6 izləyicisi olan adi vətəndaşa atıb.
İndi qadın necə qorxub, bir düşünün.
Bu qadını isə səhvən “Chelsea Futbol Klub”u ilə səhv salanlar var.
Bu gün isə bu gülməli situasiyaya daha biri əlavə edilib. Bu günlərdə nəhəng markalar müştərilərinə böyük həcmli endirimlər təklif edir. Bu fürsəti gözləyən insanlar isə, sözün məcazi mənasında “dəli” olub.
Vətəndaşın biri ZARA mağazasında istədiyi “palto”nu tapa bilməyib. Tvit atarkən ZARA mağazasının yerinə, Türkiyənin xalq musiqi sənətçisi Zaranın adını işarələyib.
Müğənni Zaranın cavabı isə gecikməyib!.
Bu cavab 15 minə yaxın bəyənmə və 1893 retvit edilib və gündəm olub.
Bundan bu dərs çıxır ki, nə edirsinizsə, edin tvit atan zaman kimisə yazınıza işarələmək istəyirsinizsə, həmin şəxsin adını bir-neçə dəfə oxuyun ki, səhv etməyəsiniz.














