“McDonald's” şirkətinin əzəli rəqibi olan ABŞ-ın məşhur fast food mağazalar şəbəkəsi “Burger King” nəhayət Bakıya da gəlib çatıb.
Facemark.az Day.az-a istinadən xəbər verir ki, saytın redaksiyasına daxil olan məlumata görə, hazır qidalanma şirkətinin birinci ünvanı isə 28 Mall Ticarət Mərkəzində açılıb.
Qeyd edək ki, ABŞ-ın ən məşhur fast food zənciri Miami-Deid ərazisində, Florida ştatında yerləşir. Şirkət hamburger (whopper) satışı üzrə ixtisaslaşıb.
“Burger King Corporation” 2013-cü ilin maliyyə böhranın sonunda elan etdi ki, onun 13 minə yaxın işçisi var. Şirkətin dünyanın 79 ölkəsində satış nöqtəsi mövcuddur. Mağazaların 66%-i ABŞ daxilində yerləşir. 99%-i isə şəxsi sahibkarlar tərəfindən idarə edilir.
Xatırladaq ki, “Burger King Azerbaijan”ın açılması ilə bağlı müzakirələr bir neçə il idi ki, gəzirdi. Həmin vaxt “Burger King” Qafqaz ölkələrindən Gürcüstanda fəaliyyət göstərirdi.