“Beynəlxalq Reklam Festival”ı Ajaz Ahmedin builki jüri prezidenti olacağını elan etməkdən qürur duyur.
Facemark.az-a təşkilatçılardan verilən xəbərə görə, rəqəmsal xidmət və məhsullar təqdim edən “AKQA” digital agentliyi A.Ahmed tərəfindən hələ 21 yaşı olan zaman yaradılıb.
Ajaz builki Lissabonda keçiriləcək “Reklam Festival”ında özünün sahibkarlıq sahəsində olan təcrübələrini paylaşacaq. Düşünürük ki, onun dəyərli fikirləri konfrans iştirakçılarının da təcrübəsini zənginləşdirəcək.
AKQA şirkətinin bu gün dünyanın 15 ölkəsində 23 şirkət daxil olmaqla, 2000-dən çox işçisi var.
Şirkətin müştəriləri sırasına isə “Nike”, “BBC” və “Rolls Royce” daxildir.
Bu il artıq üçüncü dəfədir ki, keçiriləcək “Reklam Festival”ı Portuqaliyanın paytaxtı Lissabon şəhərində baş tutacaq. Festival çərçivəsində hər regiondan ən yaxşı işlər mükafatlandırılacaq.
“2016-cı ildə juri prezidenti qismində Cənab Washington Olivetto, 2017-ci ildə isə Cənab Jacques Seguela iştirak etmişdi. Buiki festivalda isə cənab Ajaz Ahmedi görməkdən məmnun olacağıq”, - deyə Festivalın təşkilatçılarının açıqlamasında deyilir.
Daha ətraflı informasiya üçün, Təşkilatı Komanda ilə əlaqə saxlamağınız vacibdir:
madalena.torres@lisbonadfestival.com
https://www.lisbonadfestival.com/
https://www.facebook.com/lisbonadfestival/
