“Azərsun Holding” Şirkətlər qrupu “Makromart” marketlər şəbəkəsini alıb.


Facemark.az xəbər verir ki, bunu holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial xidmətlər departamentinin sədri Afiq Səfərov da təsdiqləyib.


“Bu məlumat doğrudur. Hazırda da satınalma üzrə danışıqlar davam edir”,- o deyib.


Foodinfo.az portalının əldə etdiyi məlumata görə, “Makromart”a aid mağazalarının hamısı “Bazarstore” brendi ilə fəaliyyət göstərəcəkdir. Qeyd edək ki, “Makromart” şəbəkəsi 17 mağazadan ibarətdir.


Makromart” supermarketlər şəbəkəsi Azərbaycanda 2009-cu ildən fəaliyyətə başlayıb. Ölkənin qabaqcıl qida sənayəsinə sahib olan “Azərsun Holding” MMC-yə aid “Bazarstore” isə 2011-ci ildən fəaliyyətdədir.


Qeyd edək ki, ötən aylarda “Araz” marketlər şəbəkəsinə sahib olan “Veysəloğlu” şirkəti də “Favorit” marketlər şəbəkəsini satın almışdı.


Mənbə: Marja